USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İkiekranlı planşet təqdim olunacaq

10.05.2019 İqtisadiyyat
0 0
“Epad” şirkəti iki ekrana malik ilk “Epad X” planşetinin təqdimatına hazırlaşır.

"Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək yeni qurğu müvafiq olaraq ön və arxa tərəflərdə 9,7 düym diaqonallı rəngli maye-kristal (2408 x 1536 piksel), eləcə də ağ-qara (1200 x 825 piksel) ekranla təchiz ediləcək. Vəsait toplanışı saytı sayəsində istehsal üçün pul yığmağı planlaşdıran tərtibatçılar ilkin prototipi bu yaxınlarda keçirilən sərgidə nümayiş etdiriblər.

Planşetin qiyməti və buraxılış tarixi barədə məlumat verilməsə də, artıq texniki spesifikasiyaları açıqlanıb. Belə ki, "Epad X" planşeti "MediaTek MT8176" prosessoru, 2 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaş, eləcə də "microSD" kartı üçün çıxışla təchiz olunacaq.

Bir ekrandan digərinə keçmə mexaniki düymə vasitəsilə həyata keçiriləcək. Bundan əlavə, qurğu "USB Type-C" portu, 5 milliamper/saat tutumlu akkumulyator, "Wi-Fi", "Bluetooth" və "GPS" adapterlərinə malik olacaq.

ICtnews

  • Əvvəlki

    “Azərsu” sədri vətəndaşları qəbul edəcək

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0