USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaponiya və Böyük Britaniya da “Huawei”dən imtina edir

23.05.2019 İqtisadiyyat
0 0
Yaponiya və Böyük Britaniya “Huawei” in əsas tədarükçülərindən biridir.

"Kommersant.az" xəbər verir ki, Böyük Britaniyada təsis edilmiş və Yaponiyanın "Softbank" bankına məxsus olan "ARM Holdings" şirkəti, Çin nəhəngi "Huawei" ilə əməkdaşlığını dayandıracağını bildirib. "ARM Holding" smartfon, tablet, noutbuk, televizor, avtomobil sistemi və digər bu kimi elektron qurğularda istifadə edilən prosessorlar tərtib edir.

Yaponiyanın ən böyük mobil operatorlarından biri olan "Softbank", "DoCoMo" və "KDDI" əməkdaşlarına qoşulub və "Huawei" telefonları üçün sifarişlərin qəbul edilməsini dayandıracağını elan edib. Digər bir yapon şirkəti olan "Panasonic" da "Huawei" ilə əməkdaşlığın dayandırılması barədə də məlumat verib.

Böyük Britaniyanın mobil operatorları Çin şirkətindən 5G telefonları üçün sifarişlərin qəbul edilməsini dayandırıblar. Xüsusilə, Vodafone mobil operatorunu qeyd etmək olar.

Biz yeni Huawei 5G cihazları ilə əlaqədar olaraq yaranmış qeyri-müəyyənliyə görə, Huawei Mate 20X (5G) üçün sifarişlərin qəbulunu dayandırırıq. Bu, müvəqqəti tədbirdir və biz vəziyyəti izləyəcəyik", – Vodafone nümayəndəsi bildirib.

Xatırladaq ki, mayın 16-da ABŞ prezidenti Donald Trump informasiya və kommunikasiya şəbəkələrinin qorunması üzrə hakimiyyət orqanlarının səlahiyyətlərini genişləndirmək məqsədilə ölkədə fövqəladə vəziyyətin tətbiq olunacağını elan edib. Daha sonra məlum olub ki, ABŞ-ın Ticarət Nazirliyi "Huawei" şirkətini və ona bağlı olan bütün hüquqi şəxsləri milli təhlükəsizliyə təhlükə olduğunu hesab edərək, qara siyahıya daxil etmək qərarına gəlib. Bu qərar mayın 17-də qüvvəyə minib.

Çinin texnologiya nəhəngi ilə əməkdaşlığını dayandırmış şirkətlərə "Google" və "Microsoft" da daxildir.

Bütün bunlar ABŞ və Çin arasında gedən ticarət müharibəsinin kəskin fazasıdır, ölkələr ticarət balansının saxlanılması ilə deyil, texnologiya sahəsində liderlərik uğrunda mübarizə aparmaqla məşğuldurlar.

Qeyd edək ki, son illərdə texnologiya sahəsində Çin lider mövqedə olan ölkələrdən biridir. Əlbəttə ki, Vaşinqton buna göz yuma bilməz.

Banker.az

  • Əvvəlki

    Manat, Dollar, Avro - MƏZƏNNƏLƏR

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0