USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kanada orbitə yeni peykləri göndərir

05.06.2019 İqtisadiyyat
0 0
Yer planetinin tədqiq edilməsi üçün nəzərdə tutulan "RADARSAT Constellation" adlı üç yeni Kanada peykinin iyunun 11-də orbitə göndərilməsi planlaşdırılır.
"Kommersant.az" xəbər verir ki, bu barədə çərşənbə axşamı Kanada Kosmik Agentliyi məlumat yayıb. "Bu yeni nəsil peykləri Yerin səthinin müşahidə edilməsi üçündür. Onların buraxılışı 11 iyun 2019-cu ildə baş tutacaq", - deyə məlmatda bildirilir. Peykləri orbitə Amerikanın "SpaceX" şirkətinin "Falcon 9" raket daşıyıcısı çıxaracaq. "RADARSAT Constellation" layihəsinin aparatları 2007-ci ildən orbitdə olan "RADARSAT-2" köhnəlmiş analoji peyk sistemlərini əvəzləyəcək. Yeni layihənin dəyəri 890 milyon dollardır. Yeni peyklər, xüsusilə Antarktidadakı ekoloji sistem, həmçinin həmin bölgədə gəmilərin hərəkətinin müşahidə edilməsi üçün nəzərdə tutulub. Report
  • Əvvəlki

    Beynəlxalq Dəniz Ticarət Limanında “yaşıl” elektrik stansiyası yaradılacaq

Digər xəbərlər