USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Apple" şirkətinin rəhbəri: "Telefonda çox vaxt keçirirəm"

05.06.2018 İqtisadiyyat
0 0
"Apple" şirkətinin rəhbəri Tim Kuk öz "iPhone" telefonunda lazım olduğundan daha çox istifadə etdiyini deyib.

"Kommersant" xəbər verir ki, bunu o, CNN telekanalına müsahibəsində etiraf edib.

"Düşünürdüm ki, mən bu məsələdə intizamlıyam…Lakin yanılmışam", - deyə Kuk əlavə edib.

O deyib ki, bunu "Screen Time" funksiyasını sınadıqdan sonra başa düşüb.

"Məlumatları almağa başlayanda, gördüm ki, (öz "iPhone" telefonumla. — Report) lazım olduğundan daha çox vaxt keçirirəm", — deyə "Apple" şirkətinin rəhbəri söyləyib.

Kuk müsahibə zamanı yeni "iOS 12" əməliyyat sistemində keçərli olacaq "Screen Time" funksiyasından danışıb. Bildirilir ki, istifadəçi, xüsusilə, "Screen Time"nin sayəsində proqramlardan istifadə vaxtını tənzimləyə biləcək. (Report)