USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Nazirliyin açıqlaması, reallığı əks etdirmir” - Osman Gündüz

23.04.2020 İqtisadiyyat
0 0
“Azərbaycan İnternetindəki problemin ölkəyə gələn beynəlxalq rabitə xətlərində olması ilə bağlı NRYTN-in açıqlaması, düşünürəm ki, reallığı əks etdirmir”.

Bu sözləri İnternetin çökməsi ilə bağlı NRYTN-in açıqlamasına münasibət bildirən Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib:

"Bildiyim qədər, ölkəyə interneti gətirən 2 magistral provayderin, Delta Telecom və AzerTelecom-un yetərincə rezerv və alternativ kanalları var. Hər iki qurum bir neçə istiqamətdən bir neçə magistral xətlə ölkəyə internet gətirir.

2015-ci ildə Deltada baş verən partlayışdan sonra beynəlxaq xətlərdə dayanıqlıq və alternativlik daha da gücləndirilib.

Hazırda ölkə internetində baş verən problem daxili problemdir, lokal infrastrukturun problemidir. Deltanın Heydər Əliyev Mərkəzi ətrafındakı optik xətlərdə dünən baş verən qəza ilə əlaqəli bir sıra böyük qurumlarda, əsasən alternativi yetərli olmayan KTV Provayderində problem yaşanmışdı. Bu problemlər artıq aradan qaldırılıb.

Qəzadan sonra əsas regional provayder olan Aztelekom-un Delta ilə tənzimləmələrində də problemlərin üzə çıxdığı məlum olub. NRYTN bunun backbone provayderin problemi olduğunu bildirib.

Əgər bütün provayderlərdə internet varsa, yalnız Aztelekomda internet yoxdursa NRYTN -in bunu yalnız backbone provayderin üzərinə atması bir qədər qeyri-ciddi səslənir.

Regionlardan özəlləri sıxışdırıb çıxardan, onların müştərilərini oğurlayaraq öz müştəri sayını dəfələrlə artıran Aztelekom zamanında ehtiyat tədbirləri görməli, regionların əsas intefnet təchizatçısı olaraq dayanıqlıq üçün zəruri olan addımları zamanında atmalıydı. Artıq bildiyim qədər onlar problem yaranan avadanlığın istehsalçısı olan şirkət və Delta ilə birgə bu gün yaranan problemi həll etməkdədirlər. Ümid edirəm regionlarda tezliklə internet qaydaya düşəcək".

Son olaraq O.Gündüzün fikrincə NRYTN sektorda əsas səlahiyyətli dövlət qurumu olaraq mövcud telekommunikasiya infrastrukturunun dayanıqlığı üçün, rabitə qaydalarına əməl olunması üçün tədbirlər görməli, tabeliyindəki dövlət operatorları və provayderlərindən daha ciddi məsuliyyət tələb etməlidir. Dövlət operatorları karantin müddətində hədsiz yüklənən Azərbaycan İnternetinin dayanıqlığı üçün backbone provayderlərə, özəl provayderlərə yeni alternativlər bə rezervlər yaratmaq üçün yaxından köməklik göstərməlidir.

  • Əvvəlki

    2020-ci ilin ilk rübündə mənfəət (zərər) edən banklar

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0