USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda televiziya kanalları birgə fəaliyyət üçün anlaşdılar

25.04.2020 İqtisadiyyat
0 0
Azərbaycanda ümumölkə televiziya kanalları televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədini imzalayıb.

Bu barədə Milli Televiziya və Radio Şurasından məlumat verilib.

Azərbaycan Respublikasında fəaliyyət göstərən 12 ümumrespublika televiziya kanalını təmsil edən doqquz media qurumu televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıblar.

Ümumrespublika televiziya kanallarının rəhbərləri tərəfindən imzalanmış razılaşma Milli Televiziya və Radio Şurası tərəfindən ölkənin televiziya məkanında ciddi islahatların başlanğıcının işarəsi kimi qəbul edilib.

Yaxın iki həftə ərzində Milli Televiziya və Radio Şurası kabel şəbəkə operatorları, IP TV xidmət provayderləri, radio kanallar, reklam agentlikləri, telekanallar üçün video kontent istehsalçıları, həmçinin, dövlət strukturları və Milli Məclis üzvləri ilə əlavə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyasının yaradılması üzərində işə başlayacaq.

ikt
  • Əvvəlki

    Beynəlxalq təşkilatlar ticarət məhdudiyyətlərindən narahatdır

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0