USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

WhatsApp-da koronavirusa görə yeni funksiya işə düşdü

29.04.2020 İqtisadiyyat
0 0
WhatsApp messencerində qrup şəklində audio-video zənglərdə iştirak edəcək istifadəçi sayına qoyulan limit artırılıb.

"Kommersant.az" xarici mediaya istinadən xəbər verir ki, hazırda qrupa 4 deyil, 8 nəfər qoşula bilər. Daha əvvəl bu funksiya test versiyalarda mümkün olub. Onun aktivləşməsi üçün tətbiqetməni yeniləmək lazımdır.

İştirakçıları qrupa əlavə etmək ardıcıllığı əvvəlki kimidir: "Yeni qrup yarat", "Formatı seç" (audio, video) və "Lazımi istifadəçiləri daxil et".

Qrup söhbətlərində istifadəçi sayının artırılması zərurəti koronavirus pandemiyası ilə əlaqələndirilib. Şirkətdən verilən açıqlamada deyilir:

"Pandemiya səbəbindən çoxları dostlarından və ailəsindən uzaq qalıb. Bu səbəbdən istifadəçilər daha çox audio və video zənglərdən istifadə etməyə başlayıb. Bu səbəbdən qrup söhbətləri üçün istifadəçilərin sayı artırıldı". (qafqazinfo)

ikt
  • Əvvəlki

    Azərbaycanda koronavirusla bağlı testlərin aparılmasında unikal sistem yaradılıb

Digər xəbərlər