USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcazələrlə bağlı daha bir açıqlama - DİQQƏT

05.05.2020 İqtisadiyyat
0 0
Biləsuvar rayonundan seçilmiş deputat Bəhruz Məhərrəmov bir neçə gün əvvəl həbs edilən rayonun sabiq başçısı Mahir Quliyevlə bağlı açıqlamasına yenidən aydınlıq gətirib.

"Kommersant.az" xəbər verir ki, deputat Azpolitika.az saytında adından gedən 04.05.2020-ci il tarixli yazı ilə əlaqədar bildirib ki, qeyd olunan sayt Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı və hazırda həbsdə olan Mahir Quliyev barəsində fikrini təhrif edib və həqiqətə uyğun olmayan şəkildə təqdim edib:

"Qeyd olunan mövqe tərəfimdən qəbul edilmir və birmənalı şəkildə rədd edilir. Belə ki, mən ixtisasca hüquqşünas olaraq aparılan araşdırmanın nəticəsini gözləməyi tövsiyə etmişəm, çünki biz cənab Prezidentin rəhbərliyi altında hüquqi dövlətdə yaşayırıq və təqsirləndirilən şəxsin barəsində son qərar məhkəmə tərəfindən qəbul ediləcək. Lakin bu o demək deyil ki, sabiq icra başçısı qeyd olunan əməlləri törətməyib. Mahir Quliyev ilk növbədə, ona göstərilən etimadı doğrultmamış, cənab Prezidentin korrupsiya və digər mənfi hallara qarşı mübarizə apardığı bir dövrdə bu əməlləri törətmiş və törədilməsinə şərait yaratmışdır. Buna görə də yerli sakinlər haqlı olaraq onun fəaliyyətindən ciddi narazı olmuş və bu barədə əsaslı müraciətlər edib.

Bunun nəticəsidir ki, hazırda onun barəsində kifayət qədər təkzib olunmaz sübutlar olduğuna görə onun haqqında tamamilə doğru olaraq Cinayət Məcəlləsinin 179, 308 və 311-ci maddələri ilə cinayət işi istintaq edilir və barəsində əsaslı olaraq məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Bütün günahkar şəxslər Azərbaycan məhkəməsi qarşısında cəzalarını alacaqlar".

Evdən çıxmaq üçün icazənin alındığı 8103 qısa nömrəsinə göndərilən mesajların sayında azalma müşahidə olunur. Səbəb isə rayonlarda ləğv olunan məhdudiyyətlərin bəzən SMS-lə icazənin hələ də qüvvədə qaldığı şəhər və rayon sakinləri tərəfindən yanlış anlaşılmasıdır.

Pravda.az xəbər verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, bu günə kimi "8103" qısa nömrəsinə 27 milyon 577 min SMS göndərilib:

"Əvvəlki günlərdən fərqli olaraq, bunlardan cəmi 23 faizi məzmunsuz SMS-lərdir. Bu da onu göstərir ki, insanlar həmin sistemə alışıb. Eyni zamanda, bu günlərdə əməkdaşlar üçün alınan icazələrin sayı da artıb".

Bakıdakı mənzərəyə görə isə demək olar ki, vətəndaşların əksəriyyəti rayonlarda ləğv olunan məhdudiyyətlərin onlara da şamil olunduğunu düşünür.Baku tv

ikt
  • Əvvəlki

    "Özünüz təslim olun" - İcra başçılarına ÇAĞIRIŞ

Digər xəbərlər