USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İnternetin sürəti niyə azdır? - Nazirlikdən AÇIQLAMA

08.06.2020 İqtisadiyyat
0 0
Ölkə ərazisində internetin sürəti ilə bağlı problem var.

Bu barədə vətəndaşlar sosial şəbəkələrdə paylaşım ediblər.

Vətəndaşların iddiasına görə, internetin keyfiyyətində və sürətində ciddi dərəcədə zəifləmə müşahidə edilir.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova açıqlamasında bildirib ki, bununla bağlı quruma çoxsaylı müraciətlər daxil olmayıb: "Bu dəqiqəyə olan məlumata görə, ölkə ərazisində internetin sürəti ilə bağlı kütləvi problem yoxdur. İlkin olaraq, vətəndaşların qeyd etdiyi məsələyə trafikdəki artım səbəb ola bilər. Bildiyiniz kimi respublika ərazisində tətbiq edilən iki günlük sərt karantin rejimi ilə əlaqədar olaraq, vətəndaşların yaşayış yerlərini tərk etmələri qadağandır. Hər kəs evdə internetdən istifadə edir. Lakin internetin sürəti ilə bağlı müraciətlərin sayı artarsa, təbii ki, aidiyyəti üzrə problemin səbəbi araşdırıla bilər".

(c)oxu

  • Əvvəlki

    Rusiyalı nazir: Neft bazarı hələ də kövrəkdir

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0