USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bu televiziyanın əməkdaşları koronavirusa yoluxdular

18.06.2020 İqtisadiyyat
0 0
İctimai Televiziya və Radio Yayımları Şirkəti yoluxma şübhəsi olan əməkdaşları test verib və onlardan ikisində nümunələr pozitiv çıxıb.

Bu barədə şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aynurə Asimqızı məlumat verib.

O qeyd edib ki, hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar.

Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maskalarla təmin edilir.Report