USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Nokia”nın bu filialında 1123 iş yerinin ixtisar olunacağı bildirilib

22.06.2020 İqtisadiyyat
0 0
Həmkarlar təşkilatları avadanlıq tədarükçüsü “Nokia”nın Fransada “Alcatel-Lucent” adlanın törəmə şirkətində yüzlərlə iş yerinin bağlanacağından narahatlıqlarını ifadə edib.

Bu məlumatın sosial və iqtisadi komitənin (CSE) növbədənkənar iclasında səsləndirildiyi bildirilib.

Qeyd edilib ki, Lanyon mətkəzində (Lannion) 402 iş yeri, Nozeydə isə (Nozay) 831 iş yeri olmaqla "Alcatel-Lucent" filialında 1123 iş yerinin ixtisara düşəcəyi gözlənilir. Hər iki mərkəz gələcəyin sektoru hesab olunan 5G yeni nəsil texnologiyaları üzərində işlədiyi deyilir.

Bildirilir ki, bu, Finlandiya telekommunikasiya tədarükçüsü olan şirkətin 4 ildə dördüncü sosial planıdır. Halbuki, 2016-cı ildə "Alcatel-Lucent" şirkətini alanda "Nokia" 4 il müddətində tədqiqat və inkişaf xidmətinin daha da genişləndiriləcəyinə dair Fransa dövləti ilə saziş imzalayıb.

Həmin sazişin müddəti bitdiyini deyən həmkarlar təşkilatları Prezident Emmanuel Makronun yenidən onları müdafiə edəcəyinə ümid edirlər.

© Azərtac

  • Əvvəlki

    Azərbaycanda baş redaktor və ailəsi koronavirusa yoluxdu

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0