“WhatsApp” yeni funksiya tətbiq edir

24.07.2020 İKT
“WhatsApp” messencerində nəhayət, eyni hesaba fərqli cihazlardan giriş etmək mümkün olacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Məlumata görə, bu funksiya hələ hazırlıq mərhələsindədir. O, istifadəçilər üçün əlçatan olan zaman tətbiqdə xüsusi “Linked Devices” (“Bağlı cihazlar”) bölməsi görünəcək.

Orada dördə qədər yeni cihaz əlavə etmək mümkün olacaq, üstəlik, məlum bölmədə eyni hesaba bağlı bütün cihazlar göstəriləcək.

Amma çoxdan gözlənilən yeniləmənin nə vaxt istifadəçilərə təqdim olunacağı hələlik dəqiq bilinmir.Report