USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqtisadiyyat Nazirliyi: “Asan İmza” sertifikatlarını onlayn yeniləmək mümkündür - QAYDA

18.12.2020 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin nəzərinə çatdırır ki, bu proses (ilk dəfə Asan İmza sertifikatı əldə etmək istəyənlər və ya mövcud sertifikatının qüvvədə olma müddəti artıq bitənlər istisna olmaqla) vergi ödəyicilərinə xidmət mərkəzləri və ASAN xidmət mərkəzləri (ASXM) ilə yanaşı elektron qaydada da mümkündür.

"Kommersant.az" xəbər verir ki, vergi ödəyiciləri xidmət mərkəzlərinə gəlmədən özləri birbaşa internet üzərindən sertifikatın qüvvədə olma müddəti ərzində mövcud sertifikatının müddətinin uzadılması və ya "Şəxsi" tipli "Asan İmza" sertifikatı əsasında "İş" (Biznes) və "Dövlət və bələdiyyə" tipli "Asan İmza" (öz sahibkarlıq fəaliyyəti və ya təmsil etdiyi digər vergi ödəyicisi üçün VÖEN-ə bağlı olan) sertifikatlarının onlayn əldə olunması üçün ASXM-ə elektron qaydada müraciət edə bilərlər.
İstifadəçilər tərəfindən sertifikatın yenilənməsi üçün ərizənin göndərilməsi sertifikatın etibarlılıq müddətinin bitmə tarixindən öncəki 30 gün ərzində mümkündür. Onlayn müraciət ərizəsi sertifikat yalnız aktiv olduğu zaman göndərilə bilər. Eyni zamanda sertifikatın etibarlılıq müddəti bitəndən sonra 30 gün ərzində istifadəçi mobil operatora müraciət edib xidməti aktivləşdirməlidir, əks halda ərizə ləğv olunur. Vergi ödəyiciləri qüvvədə olan "Asan İmza" sertifikatlarının onlayn yenilənməsi prosedurları ilə Dövlət Vergi Xidmətinin rəsmi saytında tanış ola bilərlər. "Qüvvədə olan "Asan İmza" sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı" və "Şəxsi tipli "Asan İmza" sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli "Asan İmza" sertifikatlarının onlayn əldə olunması üzrə İstifadəçi təlimatı" ilə aşağıdakı linkdən tanış ola bilərsiz:
//www.taxes.gov.az/az/page/asan-imza#yeni
Bununla yanaşı bir müddət əvvəl "Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı "na əlavə və dəyişikliklər edilib, o cümlədən mobil operatordan əldə edilmiş "Asan İmza" mobil xidmətinə qoşulma formasının ASXM-ə təqdim edilməsi tələbi aradan qaldırılıb.
Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyasının yarandığı vaxtdan etibarən Dövlət Vergi Xidməti vergi ödəyicilərinə göstərilən xidmətlərin elektronlaşdırılması işlərini genişləndirib. Elektronlaşdırılan xidmətlər vergi ödəyicilərinin ən çox müraciət etdiyi sahələri əhatə edir. Bu xidmətlərin istifadəyə verilməsi vergi orqanları və vergi ödəyiciləri tərəfindən sərf olunan vaxt, insan və maliyyə resurslarının dəfələrlə azaldılmasına imkan verməklə xidmət mərkəzlərinin fəaliyyətinin yeni qaydaların tələblərinə uyğun təşkil etmək və ölkədə COVİD-19 təhlükəsinin qarşısını almaq istiqamətində əhəmiyyətli təşəbbüsdür. Vergi ödəyicilərinə Dövlət Vergi Xidmətinin təqdim etdiyi elektron xidmətlərdən yararlanmaq tövsiyə olunur. Bu həm vergi orqanlarının işi, həm də vergi ödəyicilərinin təhlükəsizliyi və rahatlığı üçün faydalıdır.

  • Əvvəlki

    Ofis sahəsinin icarəsi - TENDER

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0