USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərkosmos”un rəhbərliyinə müvəqqəti təyinat olub

28.01.2021 İqtisadiyyat
0 0
“Azərkosmos” ASC-nin, yanvarın 26-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunmuş sədri Rəşad Nəbiyevin yerinə müvəqqəti təyinat olub.

"Kommersant.az" xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik sədr müavini Rövşən Rüstəmova həvalə edilib.

O, 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisası üzrə magistr dərəcəsi alıb, 2009-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

R.Rüstəmov əmək fəaliyyətinə 2002-ci ildə iqtisadiyyat sahəsi üzrə jurnalist kimi başlayıb, 2004-2012-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-də Əməliyyatlar şöbəsinin rəisi, Biznesin inkişafı şöbəsinin rəis müavini, 2012-2014-cü illərdə "Azərkosmos"da korporativ idarəetmə üzrə menecer, 2014-cü ildən bu günə qədər isə qurumun sədr müavini işləyib.

Report

  • Əvvəlki

    “Azərbaycanlılar Xankəndiyə bu il köçürüləcək” - AÇIQLAMA

Digər xəbərlər