USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ilin I yarısında 20 mindən çox “E-imza” sertifikatı istifadəyə verilib

09.07.2018 İqtisadiyyat
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ilin ilk 6 ayı ərzində istifadəyə verilən “E-imza” sertifikatlarının sayı 20 454 olub.

Nazirlikdən "Kommersant"a verilən məlumata görə, bu sertifikatlardan 6 780-ni dövlət qurumlarının, 4 542-si fiziki şəxslərin, 9 132-si isə hüquqi şəxslərin payına düşür.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə istifadəyə verilən sertifikatların sayı 10 582 (dövlət qurumları üzrə 3 440, hüquqi şəxslər üzrə 4 560, fiziki şəxslər üzrə 1 580) olub.

İstifadəyə verildiyi gündən cari ilin 1 iyul tarixinədək olan statistikaya əsasən, ümumilikdə 146 874 "E-imza" sertifikatı istifadəyə verilib. Onlardan 82 390-ı dövlət qurumları üzrə, 35 590-ı hüquqi şəxslər üzrə, 28 894-ü isə fiziki şəxslər üzrə olub.

Son bir ayda istifadəyə verilən "E-imza" sertifikatlarının sayı isə 2 mindən çox olub. Belə ki, bu ilin iyun ayında verilən 2 184 "E-imza" sertifikatının 820-si dövlət qurumlarının, 1 084-ü hüquqi şəxslərin, 280-i isə fiziki şəxslərin payına düşüb.

Bildirilib ki, "E-imza" istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Bu günə qədər dövlət qurumları tərəfindən 28 869 002, hüquqi və fiziki şəxslər tərəfindən 8 435 955 olmaqla, ümumilikdə 37 304 957 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2018-ci ilin ilk 6 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 7 433 407 olub ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 20%-i deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 5 663 144, hüquqi və fiziki şəxslərin payına isə toplam 1 770 263 autentifikasiya və elektron imza əməliyyatı düşüb.

Qeyd edək ki, "E-imza" virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.

  • Əvvəlki

    “Pro Kredit BOKT”ın kredit portfeli kəskin azalıb - HESABAT

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0