Kompüterlər təmirdən sonra işləməyəcək

09.10.2018 İKT
"Apple"ın yeni kompüterləri qeyri-rəsmi təmirdən sonra işləməyəcək.

"Kommersant.az" xəbər verir ki, ABŞ şirkəti "MacВook Pro" və "iMac Pro"nun təhlükəsizliyi üçün yeni sistem ərsəyə gətirib. Sistem, qacetləri qeyri-rəsmi təmir mərkəzlərinin xidmətindən qoruyacaq. Bunun üçün kompüterlərə "T2" çipi və "Secure Enclave" prosessoru quraşdırılacaq. "Apple" şirkəti əsas elementlər olan displey, ana plata, klaviatura, batareya, "Touch ID"nin təmirini bloklayacaq.

Qeyd edək ki, "Apple" cihazlarının təmiri ilə xüsusi proqram- "Apple Service Toolkit 2" məşğul olur. Proqram işləməsə, texnikalar da yanmır.

VTB