"Kommersant.az" xəbər verir ki, "Sensor Tower"in üçüncü kvartal üzrə hesabatlarına əsasən, məlum olub ki, "App Store", "Google Play"lə müqayisədə tətbiqlərdən 93% gəlir götürür. Ən çox yüklənilən tətbiqlər isə "WhatsApp", "Facebook Messenger" və "Facebook" olub.
Mobil tətbiqlər 3-cü kvartal üzrə "Apple" şirkətinə 12 milyard dollar gətirib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 23,3% çoxdur. "Google Play"in gəlirləri isə 6,2 milyard dollar təşkil edib.
Hər iki platformaya ən çox gəlir isə "Netflix", "Tinder" və "Tencent Video"dan gəlib.