USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elektrikli avtomobillər dövrü başlayır: 20 milyona çatacaq

21.05.2018 İqtisadiyyat
0 0
Dünyada elektriklə çalışan avtomobillərin sayının 2020-ci ildə 9-20 milyona çatacağı ehtimal edilir.

2025-ci ildə isə bu rəqəm sürətlə artaraq 40-70 milyon ədəd aralığında olacaq.

"Kommersant.az" xəbər verir ki, elektriklə çalışan avtomobillərə olan tələb iki il ərzində rekord həddə çatacaq. Xüsusilə də dizel qalmaqalından sonra bir çox ölkədə dizel və benzinlə işləyən motorlu nəqliyyat vasitələrinin satışı ilə bağlı alınan tədbirlər elektrik avtomobillərinə tələbi artırır. 24 ölkə tərəfindən qurulan "Təmiz Enerji Komissiyası"nın ehtimallarına görə, 2020-ci ildə dünyada elektrikli avtomobil sayı 9-20 milyon ədəd ə çatacaq. 2025-ci ildə bu rəqəmin 40-70 milyon ədədə yüksələcəyi təxmin edilir.

Bu gün dünya miqyasındakı elektrikli avtomobillərin təxminən 85%-i Çin başda olmaqla, ABŞ, Yaponiya, Norveç və Hollandiyada satılır. Avtomobil markaları da bu yeni dövrə hazırlıq mərhələsindədir. Belə ki, elektrikli avtomobil layihələri üçün milyardlarla dollarlar sərf edən avtomobil şirkətləri 2020-ci ilə hazırlaşır.

"BMW" 2025-ci ilə qədər 12 elektrikli modeli satışa çıxaracaq. Qrupun tərkibindəki "MİNİ" də elektrikləşdiriləcək.

"Renault-Nissan" ittifaqı 2022-ci ilə qədər 10 elektriklə çalışan avtomobili satışa çıxaracaq.

"Mercedes" 2022-ci ilə qədər "EQ" adı ilə 10-dan çox elektrikli avtomobili satış üçün təqdim edəcək.

"Jaguar" elektrikli "crossover" modeli "I-PACE" ilə elektrikli avtomobil rəqabətinə daxil olacaq.

"Volkswagen" 2020-ci ildə "I.D. CROZZ" modelini satışa təqdim edəcək. "I.D. BUZZ" və " I.D. VIZZION" isə 2022-ci ildə yollara çıxacaq.

"General Motors" 2023-cü ilə qədər 20 elektrikli avtomobili bazara çıxarmağı planlaşdırır.

"Volvo" 2025-ci ildən etibarən modellərinin yarısını elektrikli, yaxud "plug in hybrid" kimi istehsal edəcək.

"AUDI" 2025-ci ilə qədər tamamilə elektrikli, yaxud "plug-in hybrid" nəqliyyat vasitələrindən ibarət təxminən 800 min nəqliyyat vasitəsini satmağı hədəfə alıb.