USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan metro qatarlarının istehsalına başlaya bilər

07.05.2019 İqtisadiyyat
0 0
Azərbaycanda metro vaqonlarının istehsalı mümkün olacaq.

Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Bakmil deposunda metro vaqonlarının təmiri və sazlanması işləri həyata keçirilir:

"Biz "Bakı Metropoliteni"nin Tədris Mərkəzinin açılması ilə bağlı layihəyə başlayanda əsas məqsəd vaqon istehsalı sənayesinin inkişafına nail olmaq idi. Burada yetişən kadrlarımız faktiki olaraq yeni vaqonun istehsalı prosesinə qoşula biləcəklər. Hazırda biz 3 qatar, yaxud 15 vaqonumuzu təmir edib xəttə buraxmışıq. Biz bu vaqonlarda yalnız kondisionerləri quraşdıra bilmirik. İstehsalçı qurumla apardığımız danışıqlar və araşdmalarımız nəticəsində məlum oldu ki, köhnə vaqonlara kondisionerlərin quraşdırılması faktiki olaraq yeni vaqonların hazırlanmasına bərabərdir".

Metropoliten rəsmisi qeyd edib ki, bu il ərzində Tədris Mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.

Trend

  • Əvvəlki

    Bakıya yeni vaqonlar bu tarixdə gətiriləcək

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0