USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda avtomobil benzininin istehsalı 6,9% - AZALIB

04.11.2020 İqtisadiyyat
0 0
2020-ci ilin yanvar sentyabr ayları ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2257,3 milyon manat olmaqla əvvəlki ilin yanvar- sentyabr ayları ilə müqayisədə sabit qiymətlərlə 5,4 % azalıb.

"Kommersant.az" xəbər verir ki,bu barədə Bakı şəhər Statistika idarəsindən məlumat verilib

Məlumata görə, neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 20,0%, ağ neftin istehsalı 22,5 %, azkükürdlü mazutun istehsalı 55,4 % azalıb.

Hesabat dövründə avtomobil benzininin istehsalı 6,9 %, dizel yanacağının istehsalı 5,7 % azalmış, sürtkü yağlarının istehsalı 10,5%, neft bitumunun istehsalı isə 36,2% artıb.