USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fındıq ixracatından 1 milyard 604 milyon dollar gəlir əldə edib

03.07.2018 İqtisadiyyat
0 0
Dünya fındıq istehsalı və ixracının böyük hissəsini əlində saxlayan Türkiyə, 2017-2018 mövsümünün 10 aylıq dövründə fındıq ixracatından 1 milyard 604 milyon dollar gəlir əldə edib.

"Kommersant" xəbər veri ki, Qaradəniz Fındıq Məmulatları və İxracatçıları Birliyindən verilən yazılı açıqlamaya görə, Türkiyə, 1 Sentyabr 2017- 30 İyun 2018 dövründə 256 min 593 ton fındıq ixrac edərək əvəzində 1 milyard 604 milyon 247 min 827 dollar gəlir götürüb.

İxracın 190 min 759,9 tonu Avropa Birliyi ölkələrinə həyata keçirilib.

Türkiyə, ötən mövsümün eyni dövründə 205 min 111 ton fındıq ixracı müqabilində 1 milyard 662 milyon 931 min 751 dollar qazanmışdı.

  • Əvvəlki

    SOCAR İstiqrazları yenidən bahalaşır

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0