Azərbaycan şərab ixracını iki dəfə artırmaq niyyətindədir

30.07.2018 Sənaye
Azərbaycan ilin sonuna qədər şərab ixracını iki dəfə artıra bilər.

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov deyib.

E.Mədətov deyib: “2018-ci ilin birinci yarısında Azərbaycan şərab məhsullarının ixracı 4 milyon dolları keçib, bu da 2017-ci ilin eyni dövrünün götəricisindən 80 faiz çoxdur. 2018-ci ilin sonuna biz şərab ixracının 100 faizlik artımını

Mədətovun sözlərinə görə, Azərbaycan şərabının ixracının əsas istiqamətləri Rusiya (85 faiz), Çin (7 faiz), Avropa, Belarus və Qırğızıstandır: “Orta hesabla illik şərab istehsalı 14 milyon butulka ətrafında gözlənilir, onun 5 milyonu ixrac üçün, qalan 9 milyonu isə daxili bazarda reallaşdırılacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”na əsasən, ölkədə 2025-ci il üçün şərab ixracını 5 dəfə artırmaq planlaşdırılır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, alkoqollu, alkoqolsuz içkilərin, həminin şərab sirkəsinin ixracı 2018-ci ilin yanvar-iyun aylarında 7 161 660 dollar təşkil edib, bu da 2017-ci ilin eyni dövrü ilə müqaisədə 36,44 faiz azdır. Qeyd olunan məhsulların idxalı isə 35 835 160 dollar təşkil edib, bu da 2017-ci ilin dövrü ilə müqaisədə 17,92 faiz çoxdur.

© Trend

VTB