USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Əliyev qurumun sədri təyin olundu – AXA MBASK-ın rəhbərliyi bu vəzifəsindən azad olunur

01.04.2019 Bank
0 0
İcbari Sığorta Bürosunun (İSB) Himayəçilik Şurasında dəyişikliklər olub.

Şuraya sədrlik edən "AXA Mbask" Sığorta Şirkəti ASC-nin İdarə Heyəti (İH) sədrinin I müavini Lana Çingizovna Gözəlova vəzifəsindən azad edilib.

Onun yerinə "Atəşgah" Sığorta Şirkəti ASC-nin İH-nin sədri Azər Allahverdi oğlu Əliyev təyin edilib.

Bundan başqa, indiyə qədər HŞ-nın üzvü olan "PAŞA Sığorta" ASC-nin İH-nin sədri Ülviyyə Kərim qızı Cabbarova Şurada sədr müavini vəzifəsinə gətirilib. O, bu vəzifədə "Atəşgah"ın İH sədrinin müşaviri Tələt Abbasqulu oğlu Səfərovu əvəz edib.

Ü.Cabbarovanın yerinə isə "Xalq Sığorta" ASC-nin İH-nin üzvü Mətanət Alim qızı Nərimanlı təyin olunub.

report