USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Xalq Sığorta” 18 milyon manatlıq zərərdə - HESABAT

03.04.2020 Bank
0 0
2019-cu ildə “Xalq Sığorta” şirkətinin zərəri 17 milyon 656 min manat olub. 2018-ci ilin müvafiq dövründə isə sığorta şirkətinin xalis mənfəəti 2 milyon 250 min manat təşkil edib.

"Kommersant.az" şirkətin açıqladığı hesabata istinadən xəbər verir ki, 2019-cu ildə "Xalq Sığorta"nın cəmi gəlirləri 12 milyon 435 min manat, cəmi xərcləri isə 30 milyon 91 min manat təşkil edib.

Ötən ilin sonunda sığorta şirkətinin cəmi aktivləri 71 milyon 721 min manat olub. Hesabat ilinin əvvəlində isə aktivləri 58 milyon 951min manat təşkil edib.