Azərbaycanda könüllü sığorta 13% - ARTIB

27.07.2020 Sığorta
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 273,515 milyon manat sığorta haqqı toplanılıb.

"Kommersant.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% çoxdur.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 6,6% artaraq 127,444 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 153,83 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 84,7% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 13,45% azalaraq 31,013 milyon manata düşüb.

Beləliklə, 2020-ci ilin yanvar-iyun aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 56,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-iyun aylarında 34,45 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30 manatdan 24,3 manata düşüb.