USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Standard Insurance” müflis elan edilib, Ləğvetmə Komissiyası yaradılır

25.08.2020 Bank
0 0
Azərbaycan Mərkəzi Bankının (AMB) bu il mayın 19-da lisenziyasını ləğv etdiyi “Standard Insurance” Sığorta Şirkəti müflis elan edilib.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı iyulun 29-da Bakı Kommersiya Məhkəməsi qətnamə qəbul edib.

Hazırda sığorta şirkətində Ləğvetmə Komissiyası yaradılır. Komissiyaya İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov rəhbərlik edəcək.

Qanunvericiliyin tələblərinə uyğun olaraq "Standard Insurance"lə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəliklər İSB-yə ötürüləcək, könüllü sığorta müqavilələri isə ləğv olunaraq sığorta haqları müştərilərə geri qaytarılacaq.