USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sığorta şirkətlərinin - NƏZƏRİNƏ

17.12.2020 Bank
0 0
Mərkəzi Bankının İdarə Heyəti İcbari Sığorta Bürosuna ödənilməli olan iştirak haqqının və təminat depozitinin məbləğlərinin müəyyən edilməsi barədə qərar verib.

"Kommersant.az"ın məlumatına görə, qərar dekabrın 16-dan qüvvəyə minib.

Qərara əsasən, İcbari Sığorta Bürosunun iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu iştirak haqqının məbləği 200 min manat müəyyən edilib.

İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçının Büroya birdəfəlik olaraq ödəməli olduğu təminat depozitinin məbləği müvafiq icbari sığorta növləri üzrə aşağıdakı kimi müəyyən edilib:

- Daşınmaz əmlakın icbari sığortası üzrə – 100 min manat;

- Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə – 100 min manat;

- Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 200 min manat;

- Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə – 100 min manat;

- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə – 100 min manat.

İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən dövlət qeydiyyatının ərazi aidiyyəti Naxçıvan Muxtar Respublikasına aid olan, bu Qərarda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta müqavilələrini Naxçıvan Muxtar Respublikasında yerləşən daşınmaz əmlaklara və dövlət qeydiyyat nişanı Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nəqliyyat vasitələrinə münasibətdə, habelə həmin ərazidə icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi olan şəxslərlə (sığorta predmeti və subyekti) bağlayan sığortaçının ödəməli olduğu iştirak haqqının və təminat depozitinin məbləğləri bu Qərarda nəzərdə tutulmuş məbləğlərin 50% miqdarında, Naxçıvan Muxtar Respublikasında olmayan, yerləşməyən və qeydiyyat nışanı həmin əraziyə aid olmayan sığorta predmetlərinə və subyektlərinə münasibətdə isə tam məbləğdə müəyyən edilib.