Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 3 bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.
"Kommersant.az" xəbər verir ki, bunlar Bakıda fəaliyyət göstərən "Kredit House" və "Mədəd Kredit", eləcə də Lerik rayonunda fəaliyyət göstərən "Azəri Finans" MMC-lərdir.
Qeyd edək ki, son nəticədə ölkədə BOKT-ların sayı 46-dan 43-ə düşüb.