USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koreya səfiri: "Təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq"

20.05.2019 Bank
0 0
"Koreya problemli kreditlərin həlli istiqamətində əldə etdiyi təcrübəni Azərbaycanla bölüşməyə hazırdır".

"Kommersant.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Op deyib.

Səfirin sözlərinə görə, ölkəsi Beynəlxalq Valyuta Fondundan (IMF) kredit cəlb edib:

"1997-ci ilin noyabrın əvvəlindən dekabrın axırlarinadək Koreyada olan iqdisadi problemlər səbəblərindən biz İMFdən böyük məbləğdə kredit cəlb etmişdik. Həmçinin bildiyiniz kimi Koreya çox güclü dövlətlərlə əhatə olunub. Biz həmdə sürətli inkişafa nail olan bir ölkəyik. Sürətli inkişafa nail olduğumuz zaman bizdə də bu problemli kreditlər meydana gəldi və Koreya çox xüsusi şəkildə bu problemləri aradan qaldıraraq inkişafa nail oldu".

Report