USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sığorta şirkətlərinin haqları 12% azaldı

10.06.2019 Bank
0 0
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 265,3 mln. manat məbləğində sığorta haqları toplanıb, 66,7 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib. Ötən ilin analoji dövrü ilə müqayisədə toplanan sığorta haqlarının həcmi 12%, ödənişlərin həcmi isə 15% azalıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) məlumat verib. Məlumata əsasən, könüllü sığorta bazarı üzrə haqlar 176,2 mln. manat, ödənişlər isə 43,4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 89,1 mln. manat, ödənişlər isə 23,3 mln. manat olub. Ötən ilin analoji dövrü ilə müqayisədə könüllü sığorta bazarı üzrə haqların həcmi 20,2%, ödənişlər isə 23,7% azalıb, icbari sığorta bazarı üzrə müvafiq olaraq 10,7%-lik artım və 7,9%-lik azalma qeydə alınıb.

Bu ilin yanvar-aprel aylarında sektor üzrə məcmu sığorta haqlarının 66%-i könüllü, 34%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 65%-i könüllü, 35%-i icbari sığorta növləri hesabına formalaşıb.

Yeni Sabah