USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Diqqət: Azərbaycanda kreditlərə güzəşt olunur

16.06.2020 Bank
0 0
Azərbaycan Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvü olan kredit təşkilatları koronavirus pandemiyasının nəticələrindən zərər çəkən müştərilərinə güzəştlərə başlayıblar.

Pravda.az-ın xəbərinə görə, güzəştlər Assosiyanın üzvü olan bank və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən təqdim edilir.

Buraya gecikdirilən kreditlərə görə cərimə faizlərinin hesablanmaması, kreditlərin restrukturizasiyası, eləcə də digər xidmətlər üzrə güzəştlər aiddir.

"İcraçı Kredit Agentliyi" BOKT

"İcraçı Kredit Agentliyi" MMC BOKT Covid -19 pandemiyası dövründə kredit öhdəliklərində gecikmələr yaranmış müştərilərə gecikmiş kredit üzrə cərimə faizlərinin hesablanmasını dayandırıb. "Müştərilərin müraciətlərindən asılı olaraq kredit müqaviləsi üzrə ödənişlərə güzəşt müddətləri tətbiq olunmaqla, müqavilənin müddəti uzadılaraq yenidən restrukturizasiya olunmuşdur", - deyə BOKT-dan bildirilir.

Eləcə də, Azərbaycan Mərkəzi Bankının (AMB) tapşırıqlarına uyğun olaraq kredit öhdəliklərinin gecikdirlməsi halında 01 mart 2020-ci il tarixindən 30 sentyabr 2020-ci il tarixinədək olan dövr üzrə əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələr hesablanmır, 01 mart 2020-ci tarixinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatlar 30 sentyabr 2020-ci il tarixinədək Kredit Bürosuna xüsusi qeydlə təqdim edilir. "Qarşıdan gələn müddətdə də müştərilərin müraciəti əsasında mümkün olacaq güzəştlərin edilməsi nəzərdə tutulur" - BOKT-un açıqlamasında bildirilir.

"TBC Kredit" BOKT

"TBC Kredit BOKT" MMC pandemiyadan zərər çəkmiş bütün müştərilərə mart ayının 1-dən 30 sentyabra gədər güzəşt tətbiq edib. Həmin kreditlər üzrə cərimə faizlərinin hesablanması dayandırılıb. AMFA-dan verilən məlumata görə, indiyədək "TBC Kredit BOKT" 51 müştərinin ümumi məbləği 538 113 manat olan kreditini restrukturizasiya edib.

"Kred Agro" BOKT

"Kred Agro" BOKT Azərbaycan Mərkəzi Bankının tövsiyələrini nezere alinmaqla öz müştərilərinə sentyabrın 30-dak olan müddətdə bir sıra güzəştlərə başlayıb. AMFA-nın məlumatına əsasən, "Kred Agro" növbəti güzəştləri təqdim edir: 1) 01/03/2020 ci il tarixə qənaətbəxş olan (30 gundən cox gecikməsi olmayan kreditlər üzrə) kreditlər üzrə gecimə ilə edilən ödənişlər zamanı heş bir cərimə tətbiq edilmir; 2) cərimlər silinməklə, 1-3 ay müddətinə əsas borc üzrə güzəştin tətbiq edilməsi ilə restrukturizasiya; 3) cərimlər silinməklə, kreditin əsas borc üzrə məbləgindən asılı olaraq aylıq ödənişin aşağı salınması məqsədilə müddətin uzadılması ilə restrukturizasiya. Bu zaman məbləği 500 manatadək olan kreditlərin müddəti 3 aya kimi, 500-3000 manat kreditlərin müddəti 6 aya kimi, məbləği 3 000 manatdan artıq olan kreditlərin müddəti 12 aya kimi uzadıla bilər.

"Viator Mikrokredit" BOKT

Pandemiya dövrünün başlamasından etibarən "Viator Mikrokredit" BOKT ödənişləri gecikdirən müştərilərə cərimənin hesablanmasını dayandırıb. Eyni zamanda BOKT əməliyyatlar üzrə işçilərin əmək haqqına gecikmələrin təsir əmsalının tətbiqini dayandırıb. İyun ayından etibarən isə "Viator Mikrokredit" BOKT biznesində problemlər yaranan müştərilərin kreditlərini restruktizasiya etmək üçün onları təşkilata dəvət edəcək. Kənd təsərrüfatı ilə məşğul olanlara isə güzəşt dövrü təklif olunacaq.

"Bank of Baku" ASC

Covid-19 pandemiyası dövründə, yəni mart-aprel-may aylarında "Bank of Baku" ASC bütün mikro və KOS müştərilərini diqqətdə saxlayıb. "Bu aylar ərzində kreditləşmə dayandırılmayıb, 400-dən çox sahibkara 4 mln manata yaxın kreditlər verilib" - bankdan bildirilir.

Həmçinin, 1 mart tarixindən indiyədək hesablanmış və ödənilmiş bütün cərimələr silinib, müştərilərə güzəşt müddətləri verilib. Kreditlərin restrukturizasiyası müştərilərin istəklərinə uyğun olaraq hazırda da davam etdirilir. Hazırda kreditləşmə sahibkarlığın bütün sahələrini əhatə edir.

"İdeal Kredit" BOKT

BOKT "İdeal Kredit" MMC 1 mart 2020-ci il tarixdən etibarən öz müştərilərinə dəstək olmaq məqsədilə bir çox güzəştlər tətbiq etməkdədir. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 23.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə əlaqədar olaraq 1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların 30 sentyabr 2020-ci il tarixinədək Azərbaycan Kredit Bürosuna xüsusi qeydlə təqdim olunması tətbiq edilib. Həmçinin 1 mart 2020-ci il tarixdən etibarən Pandemiyanın iqtisadi fəallığa təsirlərini nəzərə alaraq kredit borcunu gecikdirən borcalanların cərimə borcları silinib və bağışlanıb. Bundan əlavə, gəlirlərinin azalması səbəbindən aylıq kredit ödənişlərini ödəməkdə çətinlik çəkən borcalanlarla danışıqlar aparılaraq onlardan 30 nəfərdən çoxunun kredit borclarının (ümumi məbləğ 200 min manatdan artıq məbləğdə) restrukturizasiya edilməsinə razılıq verilib. Eyni zamanda 10-larla borcalanlara aylıq ödənişlərini həyata keçirmələri üçün əlavə möhlət günləri verilıb. "Qeyd edilən dəstək və güzəşt prosesləri yekunlaşmayıb, hazırda da həyata keçirilməkdədir"-deyə BOKT-dan bildirilib.

BOKT "Finoko" ASC

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvü olan aparıcı mikromaliyyə təşkilatlarından biri, BOKT "Finoko" ASC də pandemiya ilə əlaqədar olaraq müştərilərinə güzəştlərin tətbiqinə başlayıb. AMFA bildirir ki, BOKT indiyədək 90 istehlak və 34 daşınmaz əmlak kreditinin restrukturizasiyasını həyata keçirib. Restrukturizasiya edilən istehlak kreditlərinin məbləği 196,8 min manat, daşınmaz əmlak kreditləri isə 905,3 min manat təşkil edir.Qazet.az