USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kredit təşkilatının nizamnamə kapitalı azalıb

03.08.2018 Bank
0 0
Effekinvest” MMC bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı 120 min manat və yaxud 12,9% azalaraq 810 min manata düşüb.

"Kommersant.az" xəbər verir ki, azalmaya səbəb BOKT-un təsisçilərindən birinin - Ruslan Zeyqəm oğlu Hüseynovun payını geri götürməsidir.

Xatırladaq ki, bu ilin əvvəlində "Effektinvest"in daha bir təsisçisi - Fuad Abduriza oğlu Məmmədov da payını geri götürüb. Son nəticədə BOKT-un nizamnamə kapitalı 200 min manat və yaxud 17,7% azalaraq 930 min manata düşmüşdü.


(c) Report