USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

YouTube-un baş direktoru Susan Voycicki istefa verib

17.02.2023 Digər
16 10
Onlayn video paylaşma və sosial media platforması olan YouTube-un baş direktoru Susan Wojcicki istefa verib.

Texnologiya nəhəngi Google-un ilk işçilərindən biri, dünyaca məşhur onlayn video paylaşımı və sosial media platforması YouTube-un baş direktoru Susan Wojcicki işçilərə göndərdiyi elektron məktubda istefa verdiyini açıqlayıb. 54 yaşlı Voyçiçkini onun müavini Neal Mohan ilə əvəzlənəcəyini açıqlanıb.

Wojcicki-nin istefası YouTube-un reklam gəlirlərinin ikinci rübdə Netflix, TikTok və Facebook platformaları ilə gərgin rəqabət fonunda azalmasından sonra baş verib.

Wojcicki e-poçtda "ailə, sağlamlıq və şəxsi layihələrə" diqqət yetirəcəyini və "Alphabet"də məsləhətçi rolunu almağı planlaşdırdığını söyləyib. Əvvəllər Google-da reklam məhsulları üzrə vitse-prezident olan Wojcicki 2014-cü ildə YouTube-un baş direktoru olub.