"Twitter" sosial media platformasına daxil olmaqda problem yaranıb. Problemin təkcə Türkiyədə deyil, bütün dünyada göründüyü bildirilir.
"Twitter" sosial media platformasına daxil olmağa çalışan bir çox istifadəçi ləngimə problemi ilə qarşılaşır.
Bildirilib ki, giriş problemi qlobal miqyasdadır. Bəzi istifadəçilər axınla bağlı problem yaşasa da, digərləri mesajlarla bağlı problemlər barədə məlumat verir. Platformaya giriş zamanı "Xoş gəlmisiniz!" və ya "Yenidən cəhd edin" pəncərələri görünür.
Problemin nə olduğu və nə vaxt aradan qaldırılacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.