USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Azərbaycan üçün bu tarifləri azaldacaq

18.12.2018 İqtisadiyyat
0 0
Rusiyada 2019-cu il yanvarın 1-dən etibarən qara metalın Azərbaycanla sərhəddə yerləşən Samur stansiyası vasitəsilə ixracı üçün xüsusi tarif şərtləri tətbiq olunacaq.

"Kommersant.az" xəbər verir ki, "Rusiya Dəmir Yolları" (RDY) İdarəsi "tarif dəhlizi" çərçivəsində 2019-2020-ci illər üçün yük daşınması tariflərinin səviyyəsini azaltmaqla bağlı bir sıra qərarlar qəbul edib. Qərarlardan biri ölkə xaricinə göndərilən metallurgiya müəssisələrinin məhsullarına aiddir. RDY-nin məlumatında qeyd olunur ki, Azərbaycanla sərhəddə yerləşən Samur stansiyasından keçməklə Böyük Kasik (Azərbaycan) - Qardabani (Gürcüstan) sərhəd keçidinə doğru hərəkət edən yüklərin daşınmasına 2020-ci il dekabrın 31-dək 50% endirim tətbiq olunacaq.

RİA-nın məlumatına görə, onlar iki il müddətinə götürülür ki, bu da yükdaşımalar üçün nəqliyyat xərclərinin proqnozlaşdırılmasını təmin edəcək və gələcək üçün malların daşınma həcmini sabit tutacaq.

  • Əvvəlki

    Nazirlikdə yeni təyinat olub

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0