USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

MİDA-nın xalis mənfəəti 49% artıb

01.05.2019 İqtisadiyyat
0 0
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki MİDA MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 214,676 mln. manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 91,6% çoxdur.

2018-ci ildə MİDA-nın cəmi öhdəlikləri 13,5 dəfə artaraq 432 min manata, cəmi kapitalı isə 91,3% artaraq 214,244 mln. manata çatıb.

Ötən il MİDA-nın ehtiyatlarının satışından gəlirləri 13,829 mln. manat (əvvəlki il olmayıb), ehtiyatlarının maya dəyəri 12,9 mln. manat (əvvəlki il olmayıb), əməliyyat gəlirləri 117 min manat (3,2 dəfə çox), maliyyə gəlirləri 5,946 mln. manat (11,8% çox), ümumi və inzibati xərcləri 4,19 mln. manat (15,9% çox), mənfəət vergisi ödəmələri isə 574 min manat (2,3 dəfə çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 2,229 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 49,3% çoxdur.

Xatırladaq ki, MİDA MMC 11 aprel 2016-cı ildə yaradılıb, 17 may 2016-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 mln. manatdır.

Report

  • Əvvəlki

    Göstəriləcək xidmətlər üçün e-KOB yaradılacaq

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0