USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda dizel yanacağının istehsalı 2% artıb

18.05.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 019,1 mln. manat olub.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 3,4% azalıb.

Hesabat dövründə ölkədə 397,7 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 4% azdır. Mayın 1-i tarixinə 75,8 min ton həcmində hazır məhsul ehiyatı qalıb.

Bu ilin yanvar-aprel ayları ərzində 104,2 min ton neft-kimya sənayesində istinadə üçün benzin, 196,5 min ton ağ neft, 682 min ton dizel yanacağı, 25,7 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 41,8%, ağ neft istehsalında 2,6%, dizel yanacağının istehsalında 2,1%, yanacaq mazutunun istehsalında 9,4% artım qeydə alınıb.

Həmçinin, bu ilin 4 ayında ölkədə 5,4 min ton sürtkü yağları, 49,2 min ton neft bitumu, 81,8 min ton neft koksu istehsal edilib ki, sürtkü yağlarının istehsalı 70%, neft bitumunun istehsalı 42,2%, neft koksunun istehsalı 7,2% azalıb.

  • Əvvəlki

    Azərbaycanda əmtəəlik qaz hasilatı 43,5% artıb

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0