USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Şimal-Cənub" nəqliyyat dəhlizi ilə yükdaşımalarda artım

05.07.2019 İqtisadiyyat
0 0
“Bu ilin ilk altı ayında "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi ötən illə müqayisədə 2,3 dəfə artıb”.

"Kommersant.az" xəbər verir ki, bu barədə "Report"a TRACECA üzrə Hökumətlərarası Komissiyanın milli katibi Akif Mustafayev bildirib.

Onun sözlərinə görə, bu, böyük göstəricidir: "2018-ci ildə bu nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi təqribi 1 milyon tona çatmışdı".

A.Mustafayev bildirib ki, hazırda "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə daşımalar iki mərhələdə aparılır: "TİR maşınları ilə yüklər İran Astarasına gətirilir, ordan da dəmiryolu vasitəsilə Azərbaycana və Rusiyaya aparılır, yaxud da əksində yəni, Rusiyadan Azərbaycana dəmir yolu ilə yük daşımalar İran Astarasına aparılır, ordan da yüklər Körfəzə aparılır".

Xatırladaq ki, birinci mərhələdə "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə ildə 5 milyon ton, daha sonra isə 10 milyon tondan çox yük daşınması planlaşdırılır.

"Şimal-Cənub" layihəsi Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də imzalanmış hökumətlərarası saziş əsasında həyata keçirilir. Azərbaycan sazişə 2005-ci ildə qoşulub. Saziş, ümumilikdə, Azərbaycan, Belarus, Bolqarıstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna tərəfindən ratifikasiya edilib. Nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirmək üçün nəzərdə tutulub. O, İran, Azərbaycan və Rusiyanın dəmir yollarının birləşdirilməsi üçün vasitə olacaq.

  • Əvvəlki

    500 əlilin biznes qurmasına dəstək veriləcək

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0