USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

4 ayda 94 ölkəyə məhsul ixrac etmişik

13.06.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 94 ölkəyə məhsul ixrac olunub, 144 ölkədən idxal olunub

"Kommersant" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 9 mlrd. 318,8 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 6 mlrd. 292,7 mln. dollar, idxalın dəyəri 3 mlrd. 26,1 mln. dollar təşkil edib, nəticədə 3 mlrd. 266,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 32,8%, real ifadədə isə 3,3%, o cümlədən ixrac 2,2%, idxal 5,7% artıb.

Dövlət Gömrük Komitəs-nin məlumatlarına əsasən ixracın 24,7%-ni İtaliyaya, 9,2%-ni İsrailə, 7,4%-ni Türkiyəyə, 5,5%-ni İndoneziyaya, hər biri 4,9% olmaqla Tayvan (Ç-nin əyaləti) və Almaniyaya, 4,4%-ni Çexiyaya, 3,7%-ni Kanadaya, hər biri 3,2% olmaqla Gürcüstan və İspaniyaya, 3,0%-ni Avstriyaya, 2,9%-ni Portuqaliyaya, 2,8%-ni Rusiyaya, hər biri 2,5% olmaqla Ukrayna və Hindistana, qalan 15,2%-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərnin 17,4%-i Rusiya, 15,5%-i Türkiyə, 10,1%-i Çin, 7,8%-i Almaniya, 4,7%-i ABŞ, 4,0%-i Ukrayna, 3,4%-i İtaliya, 3,1%-i Belarus, 2,9%-i İran, 2,3%-i Birləşmiş Krallıq, 28,8%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ilin yanvar-aprel aylarında 485,3 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 19,3%, real ifadədə isə 11,4% çoxdur.

2018-ci ilin yanvar-aprel aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 60,7%, meyvə və tərəvəz şirələri – 16,2%, kartof – 2,5 dəfə, meyvə və tərəvəz konservləri – 24,3%, təbii üzüm şərabları və üzüm suslosu – 2,4 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 6,0%, polietilen – 9,6%, emal olunmamış alüminium – 9,1%, qara metallardan borular – 19,0%, pambıq ipliyi – 32,2%, bentonit gili –19,8% artmış, təzə tərəvəz ixracı 12,8%, şəkər – 42,2%, tütün – 17,9%, çay – 6,8%, bitki yağları – 18,3%, pambıq lifi – 9,6%, qara metallardan yarımfabrikatlar – 88,5% azalıb.

2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2018-ci ilin yanvar-aprel aylarında buğda idxalı 56,3%, bitki yağları – 60,1%, təzə meyvə – 48,9%, çay – 16,6%, qara metallardan borular – 2,2 dəfə, minik avtomobilləri – 3 dəfə, polad prokatı – 8,4%, mineral gübrələr – 3,4 dəfə, mebel – 2,3 dəfə, qara metallardan çubuqlar – 21,3%, hesablama maşınları, blok və qurğuları – 6,3%, rezin şinlər – 7,3%, polietilen – 63,8%, paltaryuyan maşınlar – 62,5%, yük avtomobilləri – 78,0%, sement və sement klinkerləri – 2,2 dəfə, məişət soyuducuları – 2,4 dəfə artıb, siqaret idxalı isə 10,5%, kərə yağı, digər süd yağları və pastaları – 18,1%, kartof – 11,6%, quş əti və onun əlavə məhsulları – 13,3%, xam şəkər və şəkər – 81,3%, mal əti – 17,3%, təzə tərəvəz – 51,9%, qara metallardan künclüklər ­ 16,7%, məişət kondisionerləri – 9,0%, avtobuslar – 11,5% azalıb.

  • Əvvəlki

    Azərbaycan və İtaliya dəmir yolları anlaşdı

Digər xəbərlər