USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şəhid vərəsələrinə ödənilən vəsait açıqlandı

03.01.2019 İqtisadiyyat
0 0
Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) ilə bağlı 3097 şəhidin 4190 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub.

"Kommersant.az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, onların hər birinin bank hesabına müvafiq vəsaitin köçürülməsi təmin edilib.

Ümumilikdə, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub.

Eyni zamanda, dövlət başçısının qeyd olunan fərmanının icrası işləri şəffaf, vərəsələr üçün rahat müraciət prosedurunu nəzərdə tutan mexanizm üzərində qurulub. Vərəsələr yalnız notariat kontorlarına müraciət edir, aidiyyəti sənədləri təqdim edərək vərəsəlik şəhadətnaməsi alır.

Bundan sonra notariat kontorları tərəfindən müvafiq sənədlər elektron şəkildə nazirliyin informasiya sisteminə ötürülür. Növbəlilik qaydasında sənədlərə baxılaraq qərar qəbul olunur, daha sonda ödəniş vərəsənin bank hesabına köçürülür. Bu barədə ona SMS vasitəsilə bildiriş göndərilir.

Digər şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı 2019-cu il ərzində yekunlaşacaq.