Qarabağ Azərbaycandır!

Araz çayının yeni qolundan suvarma kanalının tikintisi planlaşdırılır

21.05.2018 İqtisadiyyat
“Meliorasiya və su təsərrüfatı” ASC Araz çayının yeni qolundan torpaqların suvarılması məqsədilə subölüşdürücü kanalın tikintisi üzrə işlərin I mərhələsinin reallaşdırılması üçün podratçı seçir.

"Kommersant.Az" xəbər verir ki, bu barədə ASC-nin tender elanında deyilir.

Tenderdə iştirak haqqı 500 manatdır.

Tenderin şərtlərinə əsasən, birinci mərhələ çərçivəsində işlər müqavilə imzalanandan 16 ay ərzində icra olunmalıdır.

Seçim zamanı aşağıdakı meyarlar əsas götürülür: aşağı qiymət, təqdim olunan xidmətlərin yüksək keyfiyyəti, müqavilənin vaxtında icrası və tender iştirakçılarının maliyyə vəziyyəti.

Tender təklifləri iyulun 9-dək qəbul olunur. Tender proseduru iyulun 10-da saat 16:00-da baş tutacaq.

  • Əvvəlki

    Altay diyarı Azərbaycandan iplik sap alacaq

Digər xəbərlər

25.02.2021 İqtisadiyyat
Azərbaycanda çörək - BAHALAŞDI
0 0
24.02.2021 İqtisadiyyat
Bu şəxslərə pul veriləcək
0 0
23.02.2021 İqtisadiyyat
Azərbaycanda sosial kartların sayı - AZALIB
0 0
23.02.2021 İqtisadiyyat
Hərbi qulluqçulara - ŞAD XƏBƏR
0 0