USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda deputatların maaşı artdı - 5 mindən 7 minə qədər

06.03.2019 İqtisadiyyat
0 0
Artıq yanvar ayının 1-dən Azərbaycan parlamentinin deputatları yeni ilə yeni və yüksək artımla başlayıblar.

Bu barədə adının çəkilməsini istəməyən deputat köməkçilərindən biri məlumat verib.

Onun sözlərinə görə, Milli Məclisin xərclər smetası üzrə qəbul edilmiş 10 787 420 manat həcmində mövcud əmək haqqı fonduna 2019-cu ilin Dövlət büdcəsindən 11 100 000 manat da əlavə olunub.

Bundan sonra MM üzvləri yanvar ayının 1-dən hər ay ümumilikdə aşağıdakı məbləğdə faktiki vəsait alırlar:

1. Parlamentin sədri: 7424 manat (əvvəl - 3 712 manat)

2. Sədrin birinci müavini: 6680 manat (əvvəl - 3 340 manat)

3. Sədrin müavini: 6308 manat (əvvəl - 3154 manat)

4. Komitə sədri: 5940 manat (əvvəl - 2970 manat)

5. Komitə sədrinin müavini: 5568 manat (əvvəl - 2 784 manat)

6. Sıravi deputat: 5196 manat (əvvəl - 2 598 manat)

Məlumata görə, yanvar ayının 1-dən deputatlarla yanaşı, Milli Məclisin Aparat işçilərinin maaşı da təxminən iki dəfə qalxıb: "Təəssüf ki, bu cür yüksək artımlar deputat köməkçilərinə, MM-in ekspertlərinə şamil olunmadı. Halbuki, bu gün deputat köməkçiləri MM-in aparatına toplanmış, ancaq demək olar ki, gün keçirməklə məşğul olan məmur balalarından çox əziyyət çəkir, işləyirlər. Əgər o məmur balaları MM-ə karyera kimi baxırsa, biz iş yeri kimi baxırıq. Onlardan fərqli olaraq, deputat köməkçiləri həm yerlərdə seçicilərlə görüşür, problemlərini araşdırır, həm də qanunvericilik məsələləri ilə məşğul olurlar. Yəni əlavə o qədər xərclərimiz çıxır ki, bu da aldığımız 800 manat civarındakı maaşa uyğun deyil".

Məlumata görə, problemlə bağlı Milli Məclisin Maliyyə idarəsi ilə İşlər idarəsinin müdiri Firudin Hacıyevə də müraciət olunub. Lakin bu müraciətlər faydasız olub: "Nəticədə deputat köməkçiləri, ekspertlər, sürücülər və xadimələr bu artımdan kənarda qalıblar".

  • Əvvəlki

    Dolların sabaha olan məzənnəsi

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0