Deputatdan əlillərlə bağlı - YENİ TƏKLİF

12.03.2019 İqtisadiyyat
Gələcəkdə elə bir mexanizm yaradılmalıdır ki, peşə təhsilini bitirən əlillər sonda işsiz qalmasın və onlar işlə təmin oluna bilsinlər.

“Kommersant.az” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat İlham Məmmədov deyib.

Onun sözlərinə görə, bu məqsədlə iş admlarına stimullaşdırcı güzəştlər tətbiq olunmalıdır:
“Əgər belə stimullaşdırıcı hallar tətbiq olunmazsa, o zaman əlillərin işlə təmin olunmasında müəyyən maneələr yaranacaq və bəhanələr olacaq. Hesab edirəm ki, əlil insanların işlə təmin olunması üçün ayrıca yol xəritəsi hazırlanmalıdır. Bu bölgələrdə müxtəlif proqramlar çərçivəsində reallaşdırıla bilər. Məsələn, xalçaçılıq sexləri və digər istehsal müəssisələri formasında ola bilər. Bildiyim qədər bir zamanlar gözdən əlil və digər qrupdan olan əlillər üçün ixtisaslaşdırılmış müəssisələr olub. Biz iqtisadiyyat nazirliynə və digər müvafiq qurumlara müraciət edib belə ixtisaslaşdırılmış müəssisələr yaradılmasını təklif edə bilərik. Belə müəssisələrin yaradılması nəticəsində əlillər işlə təmin olunar”.

Əlillyin müəyyən olunmasında elektron qaydanın tətbiq olunmasındakı problemlərdən söz açan deputat bildirib ki, hansısa xırda və texniki səvh nəticəsində əlil olan şəxs rədd cavabı alır və bu da ona, onun ailəsinə psixoloji cəhətdən pis təsir edir: “Bu poroblemin də aradan qaldırılması və təkmilləşdiirlməsinə ciddi ehtiyac var”.