Bu şəxslərdən 250 manat dövlət rüsumu alınacaq

29.03.2019 İqtisadiyyat
Milli Məclisin (MM) martın 29-da keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinə baxılıb.

"Kommersant.az"ın məlumatına görə, dəyişikliyə əsasən, könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri müəyyənləşib.

Belə ki, könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması üçün 20 manat, genom qeydiyyatının aparılması üçün 250 manat dövlət rüsumu alınacaq.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Oxu.az

  • Əvvəlki

    Sürücülərin nəzərinə - 50 manat cərimələnə bilərsiniz

Digər xəbərlər