USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda yumurtanın qiyməti ucuzlaşıb

02.04.2019 İqtisadiyyat
0 0
Hazırda marketlərdə yumurtanın qiyməti 7-9, 10-12 qəpik təşkil edir.

"Kommersant.az"ın məlumatına görə, Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, bazarda yumurtanın qiyməti 10 gündür ucuzlaşıb:

"Bunun səbəbi odur ki, yumurtanın istehsalı artıb, tələbat isə azalıb. Bayramqabağı hamı yumurtanı iki-üç qat aldı. Bayramdan sonra isə tələbat azalıb. Tez xarab olan məhsul olduğu üçün marketlərdə qiymət ucuzlaşdırılıb ki, insanlar alsın".

Aydın Vəliyev qeyd edib ki, yumurtanın yenidən bahalaşması gözlənilmir:

"Xaricdən ölkəyə gətirilən məhsullarda bahalaşma olarsa, o zaman marketdə qiymətlər də qalxa bilər".

Qeyd edək ki, bundan əvvəl yumurtanın qiyməti 15-20 qəpik arasında dəyişirdi.

  • Əvvəlki

    Bu yollarda rəngləmə işləri aparılacaq - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ

Digər xəbərlər