USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gecikdirilmiş 33,8 min manat əmək haqqı təmin edilib

05.04.2019 İqtisadiyyat
0 0
Bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinin araşdırılması zamanı 29 nəfərin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Görülən tədbirlər nəticəsində həmin şəxslər əvvəlki işlərinə bərpa etdiriliblər. Xidmətə daxil olan vətəndaş müraciətlərin bir qismində isə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi əksini tapıb.

Xidmətin yanvar-mart aylarında bu istiqamətdə apardığı araşdırmalar zamanı işəgötürənlər tərəfindən 33 844 manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib. 93,8 faizi əməkhaqlarından, qalan hissəsi sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olan həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

  • Əvvəlki

    “Bank VTB Azərbaycan”ın rəhbərliyinə yeni təyinatlar olub

Digər xəbərlər