Əmək Müfəttişliyi 131 şirkəti cəzalandırıb

09.04.2019 İqtisadiyyat
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş müraciətlərin araşdırılması zamanı əmək qanunvericiliyinə əməl olunması sahəsində bu ilin ilk rübündə 131 hüquq pozuntusu aşkar edilib.

"Kommersant.az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdadfiəsi Nazirliyindən daxil olmuş məlumata görə, hüquq pozuntuların 41%-i əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsindən, 39%-i işçinin məzuniyyət hüquqlarının pozulmasından, 5%-i qanunvericiliyin tələbləri pozularaq əmək müqavilələrinə xitam verilməsindən, 15%-i digər hüquq pozuntularından ibarət olub.

Aşkar edilən hüquq pozuntularının aradan qaldırılması məqsədi ilə Xidmət tərəfindən müvafiq tədbirlər görülüb.

VTB