USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının Baş planı üçün - 6,3 milyon dollar lazımdır

13.04.2019 İqtisadiyyat
0 0
Bakı şəhərinin Baş planı 6,3 milyon dollara başa gələcək.

"Kommersant.az" xəbər verir ki, bu il fevralın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "Bakı şəhərinin Baş planının hazırlanması" üzrə layihə işlərinin satın alınması məqsədilə elan edilmiş tenderin qalibi Almaniyanın "AS+P" şirkəti olub və həmin şirkətlə 6 milyon 391,2 min ABŞ dolları məbləğində satınalma müqaviləsi bağlanıb.

Qeyd edək ki, Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur.