Nazirlər vətəndaşları qəbul edəcək

16.05.2019 İqtisadiyyat
İqtisadiyyat naziri Şahin Mustafayev sabah saat 11:00-dan etibarən Tovuzda (Məşhədi Əzizbəyov küçəsi, 1 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində) Şəmkir və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə İqtisadiyyat Nazirliyinə məlumat verir.

Məlumata görə, bundan başqa, sabah saat 11:00-dan etibarən nazirin müavini Niyazi Səfərov Ağstafada (Hüseyn Arif küçəsi, 1 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində) Qazax və Ağstafa rayonlarından olan vətəndaşları, digər nazir müavini Sahib Məmmədov isə Gədəbəydə (Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində) bu rayondan olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, mobil (050) 395 91 97, elektron poçt ünvanı: arzu.haciyev@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və facebook vasitəsilə də qəbula yazıla bilərlər.