USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“MilliÖn” terminalları NİYƏ İŞLƏMİR? - Rəsmi açıqlama

16.05.2019 İqtisadiyyat
0 0
Bəzən sərnişinlər “BakıKart”a ödəniş edərkən balansın artırılmaması problemi ilə üzləşirlər.

Ya məbləğ karta yüklənmir, ya da aparatın qəbul etdiyi qəpik sistemdə görünmür. Bu da sərnişinləri ciddi şəkildə narahat edir.

"MilliÖn" şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri bölümünün rəhbəri Ülviyyə Əfəndiyeva açıqlamasında bildirib ki, yaranan çətinliklər müştərinin müraciəti əsasında dərhal araşdırılır:

"Ölkə üzrə 3000-ə yaxın ödəmə terminalları mövcuddur. Ödəmə terminalları quraşdırılarkən sakinlərinin ən çox və tez-tez istifadə etdiyi məkanlar və s. xüsusi kriteriyalar nəzərə alınır. Ödəmə terminallarının quraşdırılacağı ərazilərdə təhlükəsizlik müşahidə kameraları olmalıdır. Vətəndaşlar ödəmə terminallarının yerləşdiyi ərazilər barədə məlumat almaq istəsələr, "qaynar xətt"lə əlaqə saxlaya bilərlər.

"BakıKart" ödənişləri zamanı texniki problemlər yarana bilər

Yaranan problemlərin bir çoxu sərnişinlərimizin ödəniş təlimatını düzgün icra etməməsi səbəbindən yaranır. Bəzən sərnişinlər istifadəyə yararsız halda olan kağız əsginasları və ya qəpik pulları terminala daxil etməyə çalışırlar. Ona görə də, aparatlar həmin pulu qəbul etmir. Bütün hallarda yaranan vəziyyətlə bağlı vətəndaşların şirkətin müştəri xidməti ilə əlaqə saxlaması tövsiyyə olunur. "Qaynar xətt"ə müraciət edən hər bir şəxsə dəstək olunur. Öncəliklə ödənişin həyata keçirilib-keçirilməməsi yoxlanılır və müştəriyə məlumat verilir. Terminallar adətən müşahidə kameralarının olduğu yerlərdə quraşdırıldığından mübahisəli məsələlərin həlli üçün bu görüntülərdən də lazım gəlsə istifadə olunur. Müştəri şikayətində haqlıdırsa, məbləğ ona geri ödənilir".

Qeyd edək ki, vətəndaşlar ödəniş zamanı çətinlik yaşayarsa, *0010 nömrəsi ilə əlaqə saxlaya bilərlər. "Qaynar xətt" nörməsi 7/ 24 aktivdir.

redaktor

  • Əvvəlki

    Palata birja indeksinin Azərbaycanda formalaşdırılması şərtlərini açıqladı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0